ALBA Hotel & SPA
H A Q Q I M I Z D A

Bütün kollektivimiz sizinlə eyni dildə danışır...

Bakı şəhərində, "Heydər Əliyev" Mərkəzindən 3 km məsafədə yerləşən otelimiz sizlərə transfer, ödənişsiz dayanacaq, restoran, bar, fitness mərkəzi və bütün məkan daxilində ödənişsiz yüksək sürətli internet(Wi-Fi) xidmətini təklif edir.

Eləcə də, qonaqlarımız 24 saat fasiləsiz qeydiyyat masası, qapalı hovuz və SPA xidmətlərimizdən də yararlana bilərlər.

Beş ulduzlu otelimizdə bütün otaqlar şəhər mənzərəsinə malikdir.

Hər bir otaq şəxsi əşyalar üçün şkaf, masa, kondisioner, peyk televiziyası, kiçik çay dəsti, vanna otağı, duş və fenlə təchiz edilmişdir.

"ALBA Hotel & SPA" bütün qonaqlarına "açıq bufet" formatlı səhər yeməyini ödənişsiz təqdim edir.

Otelimiz "Gənclik" Ticarət Mərkəzindən 3,8 km, Azadlıq Meydanından isə 6 km məsafədə yerləşir. Yerləşmə məntəqəsinə görə günün istənilən saatında şəhərin müxtəlif istiqamətlərinə rahatlıqla getmək mümkündür.